Haqqımda
Salam! Mən İsgəndərzadə Lalə.
Rəqəmsal marketinq sahəsində ilk addımlarımı atıram və bu bloqu həm öyrənmək, həm də bildiklərimi paylaşmaq üçün yaratmışam. Təhsilimi menecment ixtisası üzrə tamamladıqdan sonra rəqəmsal dünya, sosial media marketinqi və SEO sahəsinə marağım bu istiqamətə yönəlməyimə səbəb oldu.
Hal-hazırda kontent strategiyası, onlayn reklam və şəxsi brend qurulması mövzularında öyrəndiklərimi həm tətbiq edir, həm də burada sadə və başa düşülən dillə bölüşürəm.
Əsas məqsədim — rəqəmsal marketinq sahəsinə yeni başlayanlar üçün praktiki, real və faydalı mənbə yaratmaqdır. Əgər sən də “rəqəmsal marketinq nədir?”, “SEO necə işləyir?” və ya “kontent necə yazılır?” kimi suallarla maraqlanırsansa — doğru yerdəsən.
Bu bloqda nə tapacaqsan?
Sadə dillə izah edilmiş rəqəmsal marketinq mövzuları
Yeni başlayanlar üçün təlimat və təcrübələr
Faydalı alətlər, resurslar və bloq yazıları
İndi birlikdə öyrənə bilərik – tətbiq et və paylaş
Sualın varsa, yazmaqdan çəkinmə 💬